Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 22:27
Son zamanlar gündəmdə olan süni intelektin də yuxuya ehtiyacı olduğu üzə çıxıb.
Alimlər onun neyro şəbəsəkəsinin stabil işləməsi üçün insan beynində olduğu kimi, periodik olaraq istirahətə və "yuxuya getməyə" tələbatı olduğunu aşkarlayıblar.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ABŞ-n Milli komputer proqramları laboratoriyasının mütəxəssisləri tədqiqat aparıblar.
Onlar süni intelektin neyroşəbəkəsinin bioloji sistemləri öyrənərkən iş prosesini izləyib və müşahidə ediblər ki, fasiləsiz perioddan sonra mənimsəmə azalır.
Onlar neyro şəbəkəsinin işini stabilləşdirmək üçün müxtəlif metodlar sınayıblar. Səs dalğaları ilə eksperiment ediblər. Ən yaxşı nəticə insan beynində dərin yuxu fazasında olan zaman yaranan dalğalarla əldə olunub.
"Sanki süni intelektin neyro şəbəkəsi yaxşı, dərin gecə yuxusuna bərabər effekt aldılar, ondan sonra onların işində stabilləşmə qeydə alındı - deyə müəlliflər bildirir.