Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 10:15
“OPPO” şirkəti ilk növbədə işgüzar insanlar üçün nəzərdə tutulmuş qabaqcıl smartfon təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, orta qiymət sinfinə məxsus smartfon “AMOLED” matrisli və “Full HD ” təsvir ölçülü 6,4 düymlük ekranla təchiz edilib. Displey “Gorilla Glass 5” şüşəsi ilə qorunur. Barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib və təxminən 0,3 saniyə ərzində reaksiya göstərir.
Arxa paneldə 4 kameradan ibarət sensor yerləşdirilib. Əsas modul 48 mp-lik təsvir ölçüsünə (f/1.7) malikdir və dörd pikseli birində birləşdirmək dəstəyi əldə edib. Həmçinin smartfonda 8 mp-lik (f/2.2) genişbucaqlı sensor var, sonuncu 3 sm məsafədən makro rejimdə foto çəkiliş etməyə imkan verir. Təsvir ölçüləri 2 mp olan digər iki sensor portret çəkilişində istifadə edilir. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.
Smartfon 2,1 QHs takt tezlikli 8 nüvəli “MediaTek Helio P70” prosessoru ilə təchiz edilib, əməli yaddaşın tutumu 8 QB, daxili yaddaşın tutumu isə 128 QB təşkil edir. “A91” aparatı, həmçinin sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4025 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Adapter 72 dəqiqə ərzində enerjini tamamilə bərpa etmək imkanına malikdir.
Telefonda qulaqlıqlar üçün standart konnektor saxlanılıb, həmçinin istehsalçılar təmassız ödənişlər üçün “NFC” çipi quraşdırılıb.
Emil Hüseynov