Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 13:20
Bakıda epidemiya əleyhinə rejimi pozan şəxslər barəsində cinayət işi başlanılıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Qədirov Samid Tahir oğlu, Babalıyev Əflatun Ağaverdi oğlu və Qəmbərov Tufan Təvəkkül oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirli bilinirlər.
Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.