Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:24
Bakı. Asif Mehman - Trend:
Bir çox insan ailə üzvlərindən koronavirus olmasını gizlədir.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, xəstə sayı artdıqca xəstəxanalarda yer tapmaqda çətinliklər ola bilər. Bu zaman xəstə olan şəxslər evdə müalicə olanacaq ki, bu da hansı şəraitdə olacaq indidən demək olmaz:
"Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm saylarının artmasına səbəb ola bilər. Vətəndaşlarımız bu xəstəliyə ciddi yanaşmalı, lazımi qaydalara əməl etməlidirlər".