Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 19:10
Yol polisi mayın 13-dək karantin rejiminin pozulması ilə bağlı inzibati xəta barədə qərar verməyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, həmin vaxta qədər protokollar üzrə də qərarlar çıxarılmayıb: "Bu qərarlar digər polis orqanlarının rəhbərləri və polis sahə müvəkkilləri tərəfindən çıxarılıb. Mayın 13-dən sonra bu səlahiyyət yol polisinə verildi və bu qərarlar yol polisi tərəfindən çıxarılmağa başlandı".