Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daban çatlarından qurtulmaq üçün ideal vasitələr

Daban çatlarından qurtulmaq üçün ideal vasitələr

Tarix: 13 Iyun 2020 21:06

Ən çox yayılan dəri problemlərindən biri də çatdır. Xüsusən də daban nahiyəsində yaranan çatlar ağır fəsadlar yarada bilər. Çatlar dərinləşdikcə isə qanaxma və infeksiyaya səbəb olur.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, daban çatları ən çox quru dəridə yaranır. Odur ki, yay mövsümünədək ideal dəri, xüsusən dabana sahib olmaq istəyirsinizsə, bu vasitələrdən istifadə edin.

Zeytun yağı

Pambıq diskləri zeytun yağına batırıb, problemli nahiyəni 10-15 dəqiqə ərzində masaj edin. Sonra isə pambıq corab geyinib, bir saat gözləyin.

Yaxud 1 xörək qaşığı zeytun yağına bir neçə damcı limon (lavanda yağı) qarışdırın, eyni qaydada istifadə edin.

Limon şirəsi

Limon suyu da dərini təmizləyir, rəngini gözəlləşdirir, həmçinin ölü hüceyrələri bərpa edir. Limon suyu ilə dərini siləndən sonra mütləq yuyub, krem çəkin.

Dəriniz əvvəlki hamarlığına qovuşanadək proseduru hər gün təkrarlayın.

Milli.Az


Etiketlər:  Daban çatlarından qurtulmaq üçün ideal vasitələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ