Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 16:32
2020-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ucqar yaşayış məntəqələrində alternativ enerji təchizatının yaradılması çərçivəsində üç texnologiya üzrə layihə hazırlayır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Trend-ə Agentliyin sədr müavini Cəmil Məlikov deyib.
Onun sözlərinə görə, bütün dünyada qazlaşdırma sisteminin və təbii qazla təchizat sahəsində müvafiq infrastrukturun olmaması təqdirində əhalinin istiliklə təmin edilməsinin sınanmış üsulları və texnologiyaları mövcuddur:
"Biz bu sahədə problemin həlli ilə bağlı Avropa və MDB ölkələrinin təcrübəsini təhlil etmişik. Beləliklə, bu gün əhalinin istilik və istilik enerjisi ilə təmin olunması üsulları hazırlanır".
C.Məlikov bildirib ki, Agentlik müəyyən texnologiyaların istifadəsini daha məqsədəuyğun hesab edir:
"Layihə əsasən üç texnologiya növünə əsaslanacaq. Ən məşhuru və bütün dünyada sınanmış texnologiya müasir biosobaların istifadəsi ilə əlaqədardır. Kombi-sobalar evi qızdırır, eləcə də isti suyun verilməsini təmin edir. Bu, evlərin mərkəzi isitməsini təşkil etməyə imkan yaradır. Bundan başqa, bu sobalarda yemək hazırlamaq, eləcə də əhalinin digər məişət tələbatlarını təmin etmək mümkündür".