Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 08:16
Bakı. Trend:
Mərakeşin kralı VI Məhəmməd ötən gün ürəyindən əməliyyat edilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Rabat şəhərində keçirilən əməliyyat uğurla başa çatıb.
Bildirilir ki, kral ürək ritminin pozulması ilə əlaqədar əməliyyat edilib.
Qeyd edək ki, 56 yaşlı Mərakeşin kralı 2018-ci ildə də ürəyindən əməliyyat olunub.