Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 16 yaşlı yeniyetmə küçədə bıçaqlandı

Bakıda 16 yaşlı yeniyetmə küçədə bıçaqlandı

Tarix: 13 Iyun 2019 10:36

Bakı. Samir Əli - Trend:

Bakıda yeniyetmə küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 5-ci döngədə yerləşən "Neptun" marketin qarşısında baş verib.

Şəki şəhərində anadan olmuş, Binəqədi qəsəbə sakini, 2002-ci il təvəllüdlü İsayev Sakit Teymur oğlu 2003-cü il təvəllüdlü Vəliyev Nicat Bağban oğlu tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yaşlı yeniyetmə küçədə bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ