Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin pilotsuz uçuş aparatı 200 min saat uçuş həyata keçirib

Türkiyənin pilotsuz uçuş aparatı 200 min saat uçuş həyata keçirib

Tarix: 16 Iyun 2020 23:56

Türkiyənin milli istehsalı olan "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatı (SİHA) 200 min saat uçuş həyata keçirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "Bayraktar TB2" 2014-cü ildə Türkiyə Milli Müdafiə Nazirliyinin aviasiya arsenalına daxil edilib. Ötən illərdə böyük uğurlar qazanan bu aparatın təkmilləşdirilməsi istiqamətində də önəmli addımlar atılıb. "Bayraktar TB2" 2019-cu ildə Küveytdə keçirilən aviasiya sərgisində fasiləsiz  27 saat 3 dəqiqə uçuş edərək rekord qazanıb. Bundan başqa, sözügedən aparat cari il yanvarın 24-də Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələnin miqyasını öyrənmək üçün 25 dəqiqəlik uçuş əsasında mühüm məlumatlar toplayıb. "Bayraktar TB2" aparatı Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçuların yerlərini müəyyənləşdirməsi işində mühüm rol oynayacaq.


Etiketlər:  Türkiyənin pilotsuz uçuş aparatı saat uçuş həyata keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ