Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı

Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı

Tarix: 17 Iyun 2020 23:15

Ümumdünya Səhiyyə Təşkilatının qeydlərinə əsasən, güclü immunitet sistemi koronavirusla mübarizədə təsirlidir.

Sonxeber.net xəbər verir ki, daxili xəstəliklər üzrə türk mütəxəssis Hakkı Doğan immuniteti gücləndirmək üçün bəzi qidaların istehlakının vacib olduğunu bildirib.

Həkim həmçinin siqaret və spirtli içkidən uzaq olmağın, aktiv həyatın da burada önəmli nüans olduğunu qeyd edib.

Mütəxəssisin fikrincə, şüurlu istehlak vərdişləri ilə koronavirus kimi pandemiyalardan qorunmaq mümkündür:

"Kətan toxumu tərkibindəki Omeqa-3 səbəbindən antioksidant təsirə malikdir. Çörək otu da antiviral və antibakterial təsir göstərir. Hindistan qozu maddələr mübadiləsini stimullaşdırır və kilo vermək xüsusiyyətinə malikdir".

Həkim yay meyvələrinin istehlakının önəmli olduğunu qeyd edib:

"Çiyələk, qarpız, qovun, albalı və ərik bağırsaq hərəkətliliyini artırır. Aşağı kalorili dəyəri ilə çəki artımının da qarşısını alır. Həm də itirilən maye elektrolitlərin dəyişdirilməsini təmin edir".

H.Doğan vurğulayıb ki, çuğundur A, C vitaminləri, beta karotin, fosfat və sinklə zəngindir:

"Nar və kələm də antioksidantdır. Limon həm antiseptik, həm də antioksidantdır. Xiyarın kalorisi az, mayesi yüksəkdir. Xiyar əsasən C və K vitaminləri anbarıdır".

Ekspert C vitamini ilə zəngin olan yaşıl bibər və göbələyin faydasından da danışıb:

"Yaşıl bibər C vitamini ilə zəngindir. Göbələk isə immunitet sistemi üçün güc mənbəyidir. Çünki tərkibində protein, lif, B və C vitaminləri, kalsium, minerallar var. Gül kələmi də öz növbəsində yüksək antioksidantdır".

Son olaraq mütəxəssis qara qarağatın iltihabı azaltmaq və immunitet sistemini tənzimləmək baxımından təsirli olduğunu vurğulayıb. (publika.az)


Etiketlər:  Koronavirusa qarşı TƏSİRLİ qidalar Tanınmış həkim açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ