Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elman Zeynalov ata oldu - VİDEO

Elman Zeynalov ata oldu -  VİDEO

Tarix: 18 Iyun 2020 09:30

Azərbaycan əsilli rusiyalı müğənni Elman Zeynalov ata olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ifaçı İnstaqram hesabında məlumat verib.

Həyat yoldaşı, Koreya əsilli model Marqarita Tsoy müğənniyə qız övladı bəxş edib. Cütlük körpənin adını hələ açıqlamamaq qərarına gəlib. Zeynalovun həmkarları və dostları onu bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Xatırladaq ki, cütlük 2019-cu ilin dekabrında ailə həyatı qurub. Marqarita Tsoyun Moskvada gözəllik salonu var. Bundan əlavə, o, model kimi çalışır.

Qeyd edək ki, Elman Zeynalov Sumqayıtda anadan olub, daha sonra ailəsi ilə bərabər Rostov-na-Donu şəhərinə köçüb. Rusiyanın "Muz-TV" musiqi telekanalında yayımlanan "Novaya Fabrika zvyozd" layihəsi gənci bütün Rusiyaya tanıdıb.

Milli.Az


Etiketlər:  Elman Zeynalov ata oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ