Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yol qəzası ilə bağlı cinayət işi başladı

Bakıda yol qəzası ilə bağlı cinayət işi başladı

Tarix: 18 Iyun 2020 11:36

Bakı. Samir Əli - Trend:

İyunun 18-də saat 01 radələrində Nərimanov rayon ərazisində paytaxt sakini 1969-cu il təvəllüdlü Qəhrəman İmanovun idarə etdiyi “Azsamand” markalı 99-GV-137 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilas etmə qüvvələri tərəfindən sıxılı vəziyyətdə qalan Q.İmanovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Bakıda qəzası ilə bağlı cinayət işi başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ