Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 18:45
Bakı. Samir Əli - Trend:
Ölkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac yaranıb.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00 qədər ciddi karantin elan olunacaq. 1-ci klastr üzrə Bakı, Gəncə, Yevlax, Masallı, Sumqayıt, Abşeron üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq:
"Həmçinin, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metroplitenin də fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".