Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu rayonlarda yenidən xüsusi karantin rejimi tətbiq ediləcək - Operativ Qərargah

Bu rayonlarda yenidən xüsusi karantin rejimi tətbiq ediləcək -  Operativ Qərargah

Tarix: 18 Iyun 2020 18:46

Ölkədəki vəziyyət təhlil olunub və karantin avqustun 1-dək uzadılıb. 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac yaranıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00 qədər ciddi karantin elan olunacaq. 1-ci klastr üzrə Bakı, Gəncə, Yevlax, Masallı, Sumqayıt, Abşeron üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq:

"Həmçinin, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metroplitenin də fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".


Etiketlər:  rayonlarda yenidən xüsusi karantin rejimi tətbiq ediləcək Operativ Qərargah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ