Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 19:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Artıq ölkədə koronavirus xəstələrinin sağalma vaxtı da uzanaraq, 12-14 günədək çatır.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
TƏBİB sədri əlavə edib ki, bununla əlaqədar yeni yoluxanların və sağalanların sayında fərq yaranır, xəstəxanada uzun müddət qalanların sayı çox olur.
R.Bayramlı əlavə edib ki, adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur: “Xəstələrin çox böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVİD-19 xəstəliyi üçün xarakterikdir. Xəstələlərin oksigen sistemi buna hesablanmayıb. Biz 3 ay ərzində bunları nəzərə alaraq, xəstəxanalar üçün oksigen generatorları gətirilib”.
R.Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalarla birlikdə 7000-ə çarpayı fondu, amma xəstələrin sayı 5000-ə çatır.
Onun sözlərinə görə, ötən həftdə uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün hazırlıq dövrü oldu: “Son iki həftə ərzində tətbiq olunan qısamüddətli məhdudiyyətlər düşünülmüş şəkildə edilmişdi.Bu, bizə imkan verdi ki, uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq”.