Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 19:54
Bakı. Samir Əli - Trend:
Sərt karantin dövründə metropolitenlə yanaşı ictimai nəqliyyat da fəaliyyətini davam etdirəcək.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.
Onun sözlərinə görə, ictimai nəqliyyatın fəaliyyətinə qadağa olmayacaq: "Şəxsi avtomobillərə isə yalnız işləməsinə icazə verilən şəxslərin avtomobildən istifadəsi yalnız iş saatları ərzində icazə veriləcək. Digər vaxtlarda isə avtomobillərin hərəkəti qadağan ediləcək".