Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 19:58
"Karantin rejiminin ciddiləşməsi tətbiq olunan bölgələrdə çimərliklərdən istifadəyə tam məhdudiyyət qoyulacaq".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, öncəki məhdudiyyətlərdən fərqli olaraq SMS icazə sistemi ilə çıxışa imkan verilən müddət ərzində park, bulvar açıq olduğuna görə, bunun üzərində işlənilir:
"Yəqin ki, digər qurumlarımız tərəfindən əlavə məlumat veriləcək. İnsanların sıx toplaşmaması baxımından saatları tənzimləməklə icazə mümkün olacaq. Yəni necə ki, SMS icazə ilə alış-verişə çıxdığımız müddət müəyyən olunurdu, həkimə gedib-gəlmək müəyyən olunurdusa, bu çərçivədə yanaşılacaq. Bu istiqamətdə sabah əlavə məlumatlar veriləcək".