Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Abdulllayeva: Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana gətirilib

Leyla Abdulllayeva: Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana gətirilib

Tarix: 18 Iyun 2020 20:04

Rusiyada yaşayan vətəndaşlarımız səbrli olmalı və onların Azərbaycana gətirilməsni gözləməlidirlər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər ölkələrdə qalan və geri qaytarılan şəxslərin qaytarılması istiqamətində işlər davam edir: "İki ölkə prezidenti bu barədə teıefon danışığı olub. Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana qaytarılıb. Həm hava, həm quru yolla həyata keçirilir. Evegedirem portalından qeydiyyatından keçməklə həmin şəxslər geri qaytarılır. Bu örosesdə əsasən, yaşlılar, qadın və uşaqlar nəzərə alınır. Amma bəziləri portaldan qeydiyyatdan keçsə də, sərhədlərə toplaşır. Azərbaycanın Rusiyadakı səfir və biz dəfələrlə müraciət etmişik ki qeydiyyatdan keçən şəxslər evlərində cavab gözləsinlər. Onlar geri qaytarılacaq. Sadəcə olduqları yerdə səbr nümayiş etdirsinlər, olduqları ölkələrin qanunlarına riayət etsinlər".


Etiketlər:  Leyla Abdulllayeva ərzində 1000 yaxın vətəndaş Azərbaycana gətirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ