Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 20:10
Ölkəmizə artıq 10 mindən çox COVİD-19 anticisim testi gətirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu proses hazırda davam etdirilir: "Birinci növbədə xəstəlik keçirən şəxslər arasında skrinniq aparılır. Onun nəticələrinin elmi təhlilinə əsaslanaraq əhali arasında təyin olunması məsələsinə və COVİD-19 pasportunun hazırlanması, yəni xəstəliyə yoluxanların nə vəziyyətdə immun cavabının olması barədə çalışmalar davam etdiriləcək".