Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə narkotik vasitə becərən şəxs saxlanılıb

Şəkidə narkotik vasitə becərən şəxs saxlanılıb

Tarix: 19 Iyun 2020 12:54

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Həmzət Seyidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı H.Seyidovdan narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman torpağa basdırılmış və kökündən çıxarılaraq kənara qoyulmuş ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Şəkidə narkotik vasitə becərən şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ