Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkumdan bir kiloqrama yaxın marixuana götürülüb

Keçmiş məhkumdan bir kiloqrama yaxın marixuana götürülüb

Tarix: 19 Iyun 2020 21:03

Bakı. Trend:

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Zalov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyev isə Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Axtarış zamanı ondan 470 qram marixuana aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Keçmiş məhkumdan bir kiloqrama yaxın marixuana götürülüb


RƏYLƏR