Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəzi vətəndaşlar tibbi maskanı üzə taxmaq əvəzinə...''

''Bəzi vətəndaşlar tibbi maskanı üzə taxmaq əvəzinə...''

Tarix: 19 Iyun 2020 23:06

Koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımızı daha məsuliyyətli olmağa çağırıram. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə ciddi riayət edilməlidir. Bütün məhdudiyyətlər, qadağalar anlayışla qarşılanmalıdır. Bu qaydalar bizim sağlamlığımızı qorumaq üçündür. Əks halda vəziyyət daha da gərginləşə bilər. Xüsusi karantin rejimi tətbiq olunanda ölkə iqtisadiyyatına, dövlət büdcəsinə xeyli ziyan dəyir. Amma buna baxmayaraq, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının daha vacib olduğunu qeyd edərək, bizim rifahımız üçün bu addımları atır. Vətəndaşlar da öz növbəsində məsuliyyətli olmalı, infeksiyanın daha çox yayılmasının qarşısını almaqdan ötrü qaydalara riayət etməlidirlər.

Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Regional Perinatal Mərkəzinin baş həkimi Şəhla Həsənova söyləyib.

Ş.Həsənova bildirib ki, xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq olunur.

"Təəssüflə bildirim ki, xəstəliyə ciddi yanaşmayan insanlar hələ də var. Bəzi vətəndaşlar tibbi maskanı üzə taxmaq əvəzinə ciblərində, avtomobildə saxlayırlar. Tibb sahəsində çalışan həmkarlarımın nə qədər çətin, məsuliyyətli bir işlə məşğul olduğunu görürəm. Onlar infeksiyaya yoluxan xəstələri müalicə edərkən bəzən özləri də koronavirusa yoluxurlar. Yəni öz həyatlarını təhlükəyə ataraq vətəndaşlara xidmət edirlər. Buna görə də hər kəs vəziyyətin ciddiliyini dərk etməli, ətrafındakı insanları da qaydalara riayət etməyə səsləməlidir. Vətəndaşlarımız kütləvi toplaşmamalı, aralarında məsafə saxlamalıdırlar. Son günlər infeksiyanın çoxalması ilə əlaqədar bəzi bölgələrdə yenidən sərt karantin rejimi tətbiq olundu. Bu, vəziyyəti nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısının alınması üçün çox vacib və vaxtında atılan addımdır", - deyə Ş.Həsənova müsahibəsində bildirib.


Etiketlər:  Bəzi vətəndaşlar tibbi maskanı üzə taxmaq əvəzinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ