Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 13:20
"Bu il ali məktəblərə sənəd verənlərin sayı kəskin artıb".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il 8 min daha çox sənəd verilib: "Bu il təxminən 80 min nəfər məzunun 67 mini ali və orta ixtisas məktəbinə sənəd verib. Ötən il əvvəlki illərin məzunlarının sayı 16 min nəfər idisə, bu il onların sayı 24 528 nəfərdir".