Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Operativ Qərargah vəkillərlə bağlı məsələyə aydınlıq gətirdi

Operativ Qərargah vəkillərlə bağlı məsələyə aydınlıq gətirdi

Tarix: 20 Iyun 2020 14:08

Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun - 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib. 

Belə ki, qərarın 1.2.5-ci bəndində vəkillərin xidməti vəsiqə ilə sərbəst hərəkət edə biləcəyi qeyd olunub. 1.3-cü bənddə isə Qərarın əlavəsində fəaliyyətinə icazə verilən şəxslərin icaze.e-gov.az portalında qeydiyyatdan keçməsi nəzərdə tutulur. Həmçinin, qərarın əlavəsinin 10-cu bəndində "Vəkillik fəaliyyəti" qeyd olunub.

Sonxeber.net xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, Vəkillər Kollegiyasının üzvləri xidməti vəsiqə ilə hərəkət edə biləcəklər: "Hüquq məsləhətxanalarında fəaliyyət göstərən, Kollegiyanın üzvü olmayan, amma hüquq sahəsində işləyən şəxslər, nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər".


Etiketlər:  Operativ Qərargah vəkillərlə bağlı məsələyə aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ