Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Levandovskidən yeni rekord

Levandovskidən yeni rekord

Tarix: 20 Iyun 2020 19:20

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, polşalı hücumçu Bundesliqada hazırda davam edən "Frayburq"la matçda dubla imza ataraq bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 33-ə yüksəldib. Bununla da, o, Bundesliqa tarixində bir mövsümdə ən çox qol vuran legioner futbolçu olub. 31 yaşlı hücumçu bu göstəricidə Pyer-Emerik Obameyanqı (31 qol) geridə qoyub.

Qeyd edək ki, Bundesliqa tarixində ən çox qol vuran futbolçu isə Gerd Müllerdir.

 


Etiketlər:  Levandovskidən yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ