Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2020 14:00
Günəş şüalarının insan orqanizminə olan faydalarını saymaqla bitməz. Uşaqların sağlam inkişafı üçün isə günəş şüası əvəzolunmazdır. Lakin mütəxəssislərin fikrincə, günün bəzi saatlarında günəş şüası qəbul etməyin xeyrindən çox ziyanı olur.
Görəsən, günün hansı saatlarında uşaqları çölə çıxarmaq daha məsləhətlidir?
Sonxeber.net bildirir ki, həkim-pediatr Günay Rəsulova Lent.az-a açıqlamasında deyib ki, həm uşaqlar, həm də böyüklər üçün günəş şüası D vitamini mənbəyidir: "Bu vitamin uşaqlarda, imunnitetin güclənməsində və sümüklərin sağlam inkişaf etməsində böyük rol oynayır"
Onun fikrincə, təbii yollarla D vitamini orqanizmə daha çox günəş şüalarının təsiri ilə daxil olur: "D vitaminin sintezi üçün günəş şüaları dəriyə birbaşa düşməlidir. Ona görə də yaxşı olardı ki, uşağı günün bəlli bir saatında birbaşa günəş şüasının altında saxlayısınız. Bu saatlar yay fəslində səhərlər günəş çıxandan 11-ə qədər, axşam isə 5-6-dan sonra nəzərdə tutulur. Saat 11-lə 5 arası isə düşən şüalar günvurma hallarının həm də dəri yanıqlarının əmələ gəlməsinə səbəb ola bilər. Bu isə dəri xərçəngi üçün çox yüksək risk yaradır. Ona görə də bu saatlarda uşaqları mümkün olduqca çölə çıxarmamaq lazımdır. Əgər hər hansı bir zərurət yaranarsa, valideynlər mütləq şəkildə uşaqlar üçün qoruyucu günəş kremlərindən istifadə etməli, başlarını isə kepka ilə örtməlidir".
Həkim onu da qeyd edib ki bu hallara təkcə uşaqlarda deyil böyüklərdə də rast gəlinir. Ürəkbulanma, qusma, şiddətli baş ağrıları, başgicəllənmə halları günvurmanın əlamətləri kimi müşahidə olunur.