Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı sakini 3 manata görə tanışını döyərək öldürüb - Dəhşətli qətlin TƏFƏRRÜATI

Bakı sakini 3 manata görə tanışını döyərək öldürüb - Dəhşətli qətlin TƏFƏRRÜATI

Tarix: 21 Iyun 2020 21:26

Nərimanov rayonunda tanışını döyərək qətlə yetirməkdə təqsirli bilinən Elman Məhərrəmovun cinayət işi.

Sonxeber.net xəbər verir ki, hadisə "Bakı Metropoliteni"nin "28 May" stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında baş verib.

Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyevin meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlərin olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.

İstintaqla müəyyən olunub ki, Elman Məhərrəmov bir neçə tanışı ilə birlikdə Təbriz küçəsindəki dayanacağın arxa hissəsində spritli içki qəbul eləyib yatıblar. Səhər saat 6 radələrində Ramin Həsənov Elmanı yuxudan oyadaraq Müşfiqin onun arxa cibini kəsib 3 manat pulunu götürdüyünü bildirib.

Bu zaman Elmanla Müşviq arasında mübahisə yaranıb. Müşviq pulu götürmədiyini desə də Elman onun yaxsından tutub kəllə ilə baş nahiyyəsinə, daha sonra isə yumruqla sifətinə zərbələr vurub.

Yerə yıxılandan sonra isə təpiklə üzünə bir neçə zərbə vuraraq Müşviq Əliyevi qəsdən həyatdan məhrum ediblər. (ölkə.az)


Etiketlər:  Bakı sakini manata görə tanışını döyərək öldürüb Dəhşətli qətlin TƏFƏRRÜATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ