Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib

Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib

Tarix: 23 Aprel 2019 12:15

Bakı. Elçin Mehdiyev - Trend:

“Bildiyiniz kimi, BMT üzvü olan hər bir ölkənin illik hesabatını qəbul edir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma “Dağlıq Qarabağ respublikası"nın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azay Quliyev çıxış edərkən deyib.

O bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb:

“Buna müvafiq qurumlar tərəfindən münasibət bildirilməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyə qədər heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməmişdi. Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunsun? Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azay Quliyev təxribata şərait yaradıb saytında qondarma rejimin hesabatı yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ