Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2020 13:56
İraq millisinin sabiq üzvü Əhməd Radi vəfat edib.
Qol.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” kanalı məlumat yayıb. 56 yaşlı keçmiş hücumçunun iyunun 21-də, koronavirusdan öldüyü bildirilib. Radi İraq milli komandasının DÇ-1986-da vurduğu yeganə qolun müəllifi olub. Mərhum hücumçu 1988-ci ildə Asiyada ilin futbolçusu seçilib.
Qeyd edək ki, İraq millisi ilə 73 oyunda 42 qol vuran Radi, “Al-Zavraa”, “Al-Raşid” və “Al-Bakra” klublarında çıxış edib.