Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

4 rayona yeni prokuror təyin edildi

4 rayona yeni prokuror təyin edildi

Tarix: 22 Iyun 2020 16:20

Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcəkdir.

Milli.Az


Etiketlər:  4 rayona yeni prokuror təyin edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ