Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 18:52
Bakıda ən bahalı və ən ucuz evlərin bir kvadrat metrinin qiyməti və yerləşdiyi ərazilər məlum olub.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, Bakda ən bahalı mənzilin bir kvadrat metrinin qiyməti 6625 manata təklif edilir və həmin mənzil Səbail rayonu ərazisində yerləşir.
Onun sözlərinə görə, ən ucuz mənzilin bir kvadrat metrinin qiyməti isə 402 manatdır. Onun sözlərinə görə, ən ucuz mənzil Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşir.