Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 21:24
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 001 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 268 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 190 165 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 315 nəfər olmaqla 162 848 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 40 496 test aparılıb.