Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 22:24
ABŞ prezidenti Donald Tramp Bitkoin və digər kriptovalyutaları "çökdürmək" və ticarətini dayandırmaq niyyətində olub. Müvafiq tapşırıqla, o, 2018-ci ilin mayında ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə müraciət edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun "Bunun baş verdiyi otaq: Ağ Evin memuarları" adlı kitabında deyilir.
"Ticarət vasitəçisi olma. Bitkoinin işini bitir", - deyə, Tramp Mnuçinə tapşırıb.
Qeyd edək ki, D.Tramp dəfələrlə rəqəmli aktivlərə mənfi münasibətini ifadə edib.
Məsələn, ötən ilin iyul ayında ABŞ prezidenti kriptovalyutaların pul vahidi olmadığını, son dərəcə dəyişkən olduğunu və dəyərinin "tavandan alındığını" demişdi. O, həmçinin bir neçə ay bundan öncə səs-küy salan "Libra" ödəniş sisteminin layihəsini tənqid edərək onu etibarsız adlandırıb.