Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq?

Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq?

Tarix: 24 Iyun 2020 17:36

Bakı. İlhamə İsabalayeva - Trend:

COVID-19 yoluxmuş şəxslərin evdə klinik idarə edilməsi qaydası açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) Trend-ə verilən açıqlamada bildirilir ki, hazırda COVID-19 un spesifik müalicəsi yoxdur lakin xəstənin səhəti bərpa olunanadək simptomatomları yüngülləşdirən tədbirlər görülə bilər.

Bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində klinik vəziyyətin ağırlaşması müşahidə edilə bilər.

COVID-19-un kliniki simptomları aşağıdaklardır:
• Qızdırma;
• Öskürək;
• Mialgiya və ya halsızlıq;
• Boğaz ağrısı;
• Tənəffüs çatmamazlığı və ya təngnəfəslik;
• Qoxu və dad hissin itirilməsi;

Ağırlaşmalar:
• Pnevmoniya;
• Kəskin böyrək çatmamazlığı;
• Perikardit;
• Disseminə olunmuş damardaxili laxtalanma;
• Sepsis və ya septik şok;
• Ağciyər və ürək çatmamazlığı;

Yüksək risk qrupu:
• 60 yaşdan yuxarı şəxslər;
• Siqaret çəkənlər;
• Ürək damar xəstəlikləri olan şəxslər;
• Şəkərli diabet;
• Arterial Hipertoniya;
• Piylənmə (BKİ >30, boy təyin etmək mümkün olmadıqda, çəkisi>100kq)
• İmmun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, üzün müddət steroid müalicəsi alan şəxslər, orqan transplantasiyası keçirmiş şəxslər, kimyəvi terapiya, immunmodulyator müalicə alan şəxslər);
• Xroniki tənəffüs xəstəlikləri (Kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s.);
• Digər xroniki xəstəliklər (məsələn; xroniki böyrək çatmazlığı, xronik qaraciyər çatışmazlığı, oraq hüceyrəli anemiya və s.)

COVID-19 təsdiqlənmiş xəstələrdə asimptomatik və yüngül halların evdə müşahidəsinə dair müalicə və tövsiyələr:

Yüksək temperatura qarşı tədbirlər:
• İstirahətin təmin olunması;
• Dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə, bol maye qəbulu. Sidik ifrazatı şəffaf açıq sarı rəngdə olana qədər maye qəbulu davam etdirilə bilər.
Öskürəyə qarşı tədbirlər:
• Ösükürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyyə olunur. Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər.
• Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər. (1 yaşa qədər uşaqlar istisna olmaqla).
Tənəffüs çatışmazlığına qarşı tədbirlər:
• Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanmalıdır.
• Otağı soyutmaq üçün qızdırıcını söndürülməli və pəncərələri açılmalıdır, virusun yayılmasının qarşısının alınması məqsədilə ventilyator istifadəsi qadağandır.
• Əlavə olaraq aşağıda qeyd olunanlara riayət edilə bilər:
o Nəfəsi burun və ağızdan asta verilməli, sanki şam söndürülür.
o Oturacaqda əyləşilməlidir.
o Çiyinlərinlər rahat tutularaq, bel əyilmədən, düz saxlanmalıdır.
o Bir az irəli əyilərək, əllər diz və ya möhkəm dayağa qoyulmalıdır, məsələn digər oturacağın üzərinə.

Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.

Xəstələrin evdə müşahidə meyarları:

Klinik, laborator və rentgenoloji yaxşılaşma əldə olunan xəstələr*

COVID-19 yüngül simptomlar/simptomları olmayan

COVID-19-a yoluxmuş şəxslərin halını pisləşdirə biləcək digər xroniki xəstəliklər olmadıqda

Şəxsin və ya qəyyumunun smartfonunun mövcudluğu

24/7 internet çıxışının olması

Xəstə evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə, lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.

COVID-19 xəstələrin evdə müalicə sxemi (18 yaşdan yuxarı olan şəxslər üçün müalicə sxemi)

Ümumi ev karantini:

Arbidol 200 mg x 3 dəfə 10 gün
Vit C tablet 1000 mg x 4 dəfə 10 gün
Vit D 20 mg/20000 iu günaşırı 2 ay
Zink 25 mg 1 dəfə 10 gün

Temperatur ≥37.5 olarsa: Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün;

Ceftriaxon 1.0 x 2 dəfə ə/d və/və ya Moxifloxacin 400 mg x 1 dəfə 1 həftə;

Paracetamol 500 mg gündə maximum 4 dəfə (hərarət olduqda)

Öskürək olarsa: Asetilsistein 600 mg gündə 1 dəfə;
İnhalasiya: salbutamol 5 mg 1 ampul + NaCl 0.9% 3 ml;
Şikayətlər itənə qədər

Dispeptik əlamətləri olarsa: Linex 2 kapsul gündə 3 dəfə və ya Enterol 2 kapsul gündə 1 dəfə;
İshal yaranarsa: Loperamide 4 mg gündə 1 dəfə (max. 8 mg);
Pantoprazol 40 mg gündə 1 dəfə;
Şikayətlər yaxşılaşana qədər 18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi

Simptomlar olmadıqda müalicə başlanılmır
Hər hansı simptom başladıqda:

Vit C:
0-6 ay 40 mg/gün

6-12 ay 50 mg/gün

1-3 yaş: 15 mg/gün

3-8 yaş: 25 mg/gün

8-13 yaş: 45 mg/gün

13-18 yaş: 75 mg/gün

Azitromisin:
1-5 ay 10 mg/kg per os gündə 2 dəfə

6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün

Öskürək olduqda:
Öskürək üçün sirop
İnhalasiya: sabutamol 2.5 mg + NaCl 0.9% 2 ml

Hərarət olduqda:
Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda)

Covid-19 təsdiqlənmiş/şübhəli xəstələrlə təmasda olmuş şəxslər “Ümumi ev karantini” sxeminə uyğun preparatları qəbul etməlidir.

Yüksək riskli xəstələr xəstəxana triajına göndərilir. Orta risklı şəxslər isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Klinik pisləşmə olarsa xəstəxana triajına göndərilir. Aşağı risklı şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.


Etiketlər:  Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ