Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağlanan dörd bankın əmanətçilərinə 83,9 milyon manat qaytarılıb

Bağlanan dörd bankın əmanətçilərinə 83,9 milyon manat qaytarılıb

Tarix: 25 Iyun 2020 13:42

Azərbaycan Mərkəzi Bankının aprel-may aylarında lisenziyalarını ləğv etdiyi "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərdə 74 mindən çox sığortalı əmanətçi var, həmin banklarda əmanətlərin ümumi həcmi isə 670,7 milyon manat təşkil edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib.

Onun sözkərinə görə, hazırda "Amrah Bank"ın 17 min əmanətçisinin 144,9 milyon manat, "AtaBank"da254,4 milyon manat, "AGBank"ın 22,8 min əmanətçisinin 134,2 milyon manat, "NBC Bank"da isə 8,7 min min əmanətçinin 134,2 milyon manat əmanəti var.

Bu günədək Fond tərəfindən 7,55 min əmanətçiyə 83,9 milyon manat əmanət qaytarılıb.


Etiketlər:  Bağlanan dörd bankın əmanətçilərinə milyon manat qaytarılıb


RƏYLƏR