Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''dan əfsanələrə yeni təyinatlar

''Milan''dan əfsanələrə yeni təyinatlar

Tarix: 14 Iyun 2019 17:32

"Milan"ın əfsanəvi futbolçuları Evonimir Boban və Paulo Maldiniyə sabiq klublarında yeni vəzifə verilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  bundan əvvəl FİFA-da birinci katibin müavini olan E.Boban klubun futbol bölməsinin rəhbəri təyin edilib. Bu vəzifə 50 yaşlı xorvatın kluba qayıtması ilə yaradılıb.

"Milan"ın sabiq kapitanı P.Maldiniyə isə texniki direktor vəzifəsi verilib. O, bundan əvvəl İtaliya təmsilçisində strateji inkişaf üzrə direktor kimi işləyib.

Qeyd edək ki, E.Boban 1991-2001, P.Maldini isə 1984-2009-cu illərdə "Milan"ın şərəfini qoruyub.

 


Etiketlər:  Milandan əfsanələrə yeni təyinatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ