Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alkantara "Bavariya"dan ayrılmaq istəyir

Alkantara

Tarix: 25 Iyun 2020 17:32

"Bavariya"nın futbolçusu Tiaqo Alkantara Münhen  təmsilçisindən ayrıla bilər.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi klub rəhbərliyinə ayrılmaq istədiyini söyləyib və yeni müqavilə imzalamaqdan imtina edib. Ancaq klubun baş məşqçisi Hansi Flikin onu komandada saxlamağa inandırmağa çalışdığı vurğulanıb.

Qeyd edək ki, Alkantaranın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

 


Etiketlər:  Alkantara Bavariyadan ayrılmaq istəyir


RƏYLƏR