Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 21:44
Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Batan şəxsin kimliyi məlum olub.
Sonxeber.net xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Kürdə batan şəxs beş uşaq atasıdır.