Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 22:16
Hələlik Twitter'in yalnız iOS cihazlarına əlavə edilən yeni xüsusiyyəti tweet'lərə səs yazısı əlavə etməyə imkan verir.
Twitter tərəfindən yayımlanan blog yazı ilə tweetlərə səs yazısının əlavə edilməsi iOS istifadəçiləri üçün əlçatan olduğunu açıqladı. Xüsusiyyət 140 saniyəyə qədər səs yazma imkanı verir.
Səs yazısı ilə tweet etmək üçün edilən işlər o qədər də fərqlənmir. Yeni bir tweet hazırlayarkən i normal olaraq altındakı kamera düyməsi kənara sürüşür və onun yanına səs yazma düyməsi əlavə olunub. Bu düyməni basmaqla yeni səs yazma interfeysini aktivləşdirmək və izləyicilərinizə istədiyiniz kimi müraciət etmək artıq mümkündür.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, 140 saniyəlik səs yazma həddinə çatdıqda səs qeydini kəsmək əvəzinə səs yazma davam edir və avtomatik olaraq yeni bir tweet yaradılır. Səs yazıları olan tweetləri görənlər, yazıları dinləməyə başladıqları zaman tweet və ya Twitter tətbiqetməsini önlərində saxlamağa məcbur deyillər, çünki xüsusiyyət dayandırdıqda və ya səs qeydi bitənə qədər arxa planda oynamağa davam edir.
Xüsusiyyətin bütün istifadəçilər üçün nə vaxt olacağı barədə hələ məlumat verilməyib. Bloq yazısında, hətta bəzi iOS istifadəçilərinin səs yazısı olan tweetlərlə təmin olunduğu bildirilir.