Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' çempionluğu rəsmiləşdirdi

''Liverpul'' çempionluğu rəsmiləşdirdi

Tarix: 26 Iyun 2020 01:18

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, bu turun son oyunun nəticəsindən sonra ölkə çempionatında bu mövsümün qalibi dəqiqləşib. Belə ki, "Mançester Siti" səfərdə "Çelsi"yə uduzub. Bu nəticədən sonra lider "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqini 23-də saxlayıb və yarışın bitməsinə 7 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində 19-cu dəfə ölkə çempionu olub.  "Liverpul" bundan əvvəl 1989/1990 mövsümündə çempionatın qalibi adına yiyələnmişdi.

Digər görüşlərdə "Arsenal" səfərdə "Sauthempton"a qalib gəlib - 2:0. "Bernli" isə doğma meydanda "Uotford"dan üstün olub - 1:0

25 iyun

"Çelsi" - "Mançester Siti" - 2:1
Qollar
: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)
Qırmızı vərəqə: Fernandinyo, 77 ("Mançester Siti")


"Bernli" - "Uotford" - 1:0
Qol
: Rodriqes, 73

"Sauthempton" - "Arsenal" - 0:2
Qollar
: Nketia, 20, Uillok, 86

Qeyd edək ki, birinci yeri təmin edən "Liverpul"un 86-ı xalı var. "Mançester Siti" 63 xalla 2-ci, "Lester" 55 xalla 3-cü, "Çelsi" 54 xalla 4-cüdür.

 


Etiketlər:  Liverpul çempionluğu rəsmiləşdirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ