Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' ''Leççe''ni darmadağın edib

''Yuventus'' ''Leççe''ni darmadağın edib

Tarix: 27 Iyun 2020 08:12

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turu çərçivəsində "Yuventus" "Leççe"ni qəbul edib.

Trend-in məlumatına görə, turnir cədvəlində birinci pillərdə qərarşlaşan "Yuventus" rəqibinin qapısından 4 cavabsız top keçirib.

Oyunda qooları Paulo Dibala (53-cü dəqiqə), Kriştianu Ronaldu (61-ci dəqiqə, penalti), Qonsalo İquain (84-cü dəqiqə)və Matteys de Liqt (86-cı dəqiqə) vurublar. Oyunun 32-ci dəqiqəsində "Leççe"nin futbolçusu Fabio Luçioni birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, 28 turdan sonra turnir cədvəlində liderlik edən "Yuventus"un aktivində 69 xal var, "Leççe" isə 25 xalla 18-ci yerdə qərarlaşıb.


Etiketlər:  Yuventus Leççeni darmadağın edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ