Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2019 01:40
20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında bürünc mükafatçı müəyyənləşib.
Qol.az-ın məlumatına görə, üçüncü yer uğrunda görüşdə İtaliya və Ekvadorun U-20 yığmaları qarşılaşıb. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada Ekvador 104-cü dəqiqədə Riçard Minanın vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.
Qeyd edək ki, final görüşündə isə bu gün Ukrayna və Cənubi Koreya milliləri qarşılaşacaq.