Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 19:00
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev və ailəsi koronavirusa yoluxub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Mais Ağayev özü məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün davam edən hərarət və halsızlıqla bağlı həkimə müraciət edib: "Mən, həyat yoldaşım və övladımın test nəticələri pozitiv çıxdı. Mən inanıram ki, virusa qalib gələcəyik".
Mais Ağayev vətəndaşlara müraciət edərək bildirib ki, gündəlik gigyenik qaydalara əməl etsinlər, maskadan istifadə etsinlər, çünki məsuliyyətsiz davranış digər bir insanın yoluxmasına səbəb ola bilər.