Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 11:24
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı ilə cəzaçəkmə müəssisələrində səyyar formada xidmətlər həyata keçirilir.
Cari il üçün yanvar ayından start verilən tədbirlər Səyyar ASAN xidmət çərçivəsində reallaşdırılır.
Bu çərçivədə penitensiar xidmət müəssisələrində çəza çəkən şəxslər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
2014-cü ildən bu günə qədər ölkə üzrə müxtəlif istintaq təcridxanaları, cəzaçəkmə müalicə müəssisələri və digər penitensiar xidmət müəssisələri olmaqla, ümumilikdə 3000-ə yaxın şəxs müvafiq xidmətdən yararlanıb.
Xidmətin həyata keçirilməsi zamanı karantin rejimi qaydalarına uyğun olaraq əməkdaşlar zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.