Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2020 11:34
Bakıdan Şamaxı istiqamətində gedən sürücü iki dəfə postdan geri qaytarılsa da, üçüncü dəfə sərnişinləri baqajda keçirmək istəyib.
Sonxeber.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib:
"İyunun 28-i gəcə saat 00:40 radələrində Mercedes markalı 90-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin baqaj hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən Baş DYP İdarəsi Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb".