Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

90 illik yubileyində UNEC-in daha bir uğuru

90 illik yubileyində UNEC-in daha bir uğuru

Tarix: 29 Iyun 2020 18:42

Bakı. Trend:

RUR reytinq agentliyi 2020-ci ilin 29 iyun tarixində dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.

Dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu bu reytinq sıralamasında UNEC daha bir uğura imza atıb.

Belə ki, “Texniki elmlər” ixtisası üzrə UNEC dünya üzrə 718-ci, Azərbaycan üzrə isə birinci yerdə qərarlaşıb. Həmçinin “Təbiət elmləri” ixtisası üzrə UNEC dünya üzrə 692-ci, Azərbaycan üzrə isə ikinci yerə yüksəlib.

RUR haqqında: RUR reyting agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və Moskva şəhərində yerləşir. Reytin agentliyi hər il dünyauniversitetlərinin reytinqini və ixtisaslar üzrə reytinq sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100 artıq universitetinin fəaliyyətini 20 indikator və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. RUR reytinq agenliyi universitetlərin tədqiqat fəaliyyətini Calrivate şirkətinin tədqiqat bazaları əsasında ölçür.


Etiketlər:  illik yubileyində UNEC daha uğuru


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ