Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 16:28
2019-cu ildə ayrı-ayrı infeksion xəstəliklərlə qeydə alınmış xəstələrin sayı açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata əsasən, ötən il digər salmonellyoz infeksiyalarına 359 nəfər, qarayara xəstəliyinə 34 nəfər, brüselyoz xəstəliyinə 551 nəfər, quduzluğa 5 nəfər tutulub.
Salmonellyoza yoluxanlardan 219 nəfəri kişi, 140 nəfəri qadın, qarayaraya yoluxanlardan 24-ü kişi, 10-u qadın, brüselyoza yoluxanlardan 386-sı kişi, 16-i qadın, quduzluğa tutulanlardan 4-ü kişi, 1-i isə qadın olub.
Qeyd olunub ki, 2019-cu ildə salmonellyoz xəstəliyindən 1 nəfər, quduzluqdan 3-ü kişi, 1-i qadın olmaqla 4 nəfər ölüb. Bildirilib ki, ötən il malyariya, qarayara və brüselyoz xəstəliklərindən ölüm halı baş verməyib.
Qeyd edək ki, 2013-cü ildən ölkədə malyariya xəstəliyinə yoluxma halı qeydə alınmayıb.