Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 13:21
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Ailə təsərrüfatları ili” elan olunmuş 2019-cu ilin ilk rübündə də davam etdirilib, yüksək nəticələr qazanılıb.
Trend-in məlumatına görə, ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-mart aylarında 535 milyon 968 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1174 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,7 faiz təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz artıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin