Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 21:32
"Valensiya" ilə müqaviləsi bitən Ezekyel Qaray komandadan ayrılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunu argentinalı müdafiəçi şəxsi İnstaqram səhifəsində yazıb. Azarkeşlərə minnətdarlıq edən 33 yaşlı futbolçu onlarla vidalaşıb.
İspaniya mətbuatı yazıb ki, klub Qaraya yeni müqavilə təklif etsə də, o, bununla razılaşmayıb və azad agent statusu ilə La Liqa təmsilçisindən ayrılıb.
Qeyd edək ki, E. Qaray 2016-cı ildə "Zenit"dən "Valensiya"ya keçmişdi.